Koşeyava öldürüldü

koseyava-olduruldu
Oxunma sayı: 1331


“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin regional idarəsindən bildirilib ki, “Doğma diyar” (“Родной край”) rayon qəzetinin baş redaktoru, 48 yaşlı Qalina Koşeyavanın üzərində zorakılıq əlamətləri olan meyitini polis iyunun 14-də Kilmez rayonunun Suna qəsəbəsi yaxınlığındakı meşə massivində tapıb.

Faktla bağlı cinayət işi başlanıb.

Baş redaktor iyunun 10-da qəzetin redaksiyasına işə gedərkən yoxa çıxıb.

Hadisənin motivi və kimlər tərəfindən törədildiyi barədə hələlik heç bir versiya irəli sürülməyib.