Kral və Kraliçadan təbrik

kral-ve-kralicadan-tebrik
Oxunma sayı: 872

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm”.

*** 
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib: “Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdakı illərdə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.