Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 645

İyulun 11-i saat 20 radələrində Çaparidze küçəsində Asif Babazadə mübahisə zəminində Kamil Xalıqova qarın və döş nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri yetirdiyinə görə Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

İyulun 11-i saat 05 radələrində Bakı şəhər sakinləri Ələddin Mirzəyev, qardaşı Osman və Etibar Məhərrəmov Cümşüdov küçəsində yerləşən Rəşad Babayevə məxsus mağazadan qapının qıfılını sındırma yolu ilə oğurluğa cəhd etdiklərinə görə Binəqədi RPİ 7-ci PB və Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşlar.

İyunun 10-da R.İsmayılov küçəsi 23-ün qarşısında Yusif İbrahimov idarə etdiyi «Reno» markalı avtomobillə Taleh Nağdəliyevi vurmuş, sonuncu KTM-ə yerləşdirilmiş və iyulun 11-də orada ölmüşdür.

İyunun 29-da İçəri Şəhər Qəsr küçəsində yaşayan Ramiz Mikayılova məxsus mənzildən açıq qapıdan daxil olma yolu ilə noutbuk oğurlamış, əvvəllər məhkum olunmuş Ələkbər Tamıyev iyulun 11-də Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır.

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Zahidə Nadirova tutulmuşdur.