Lənkəranda yol qəzasında 2 nəfər yaralandı

lenkeranda-yol-qezasinda-2-nefer-yaralandi
Oxunma sayı: 1467

Lənkəranda yol qəzası olub.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Qəza zamanı “10-LX-307” və “42-BJ-999” dövlət nömrə nişanlı iki "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə iki nəfər xəsarət alıb.

Bunlar Masallı rayonunun Boradig qəsəbə sakini, 1986-cı il təvəllüdlü Cavid Rafiq oğlu Novruzov və Lənkəran sakini, 1996-cı il təvəllüdlü Elvira Adıgözəl qızı Əlizadədir.

Yaralılardan C. Novruzovun vəziyyəti yüngül olduğundan ona hadisə yerində yardım göstərilib. E. Əlizadə isə təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.