Lukaşenko İlham Əliyevi təbrik edib

lukasenko-ilham-eliyevi-tebrik-edib
Oxunma sayı: 851

Belarus prezidenti Aleksandr Lukaşenko dövlət başçısı İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb:

“Səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycanın quruculuğu üçün aparılan ardıcıl kursla həmrəylini nümayiş etdirdi. Əminəm ki, sizin dövlət başçısı kimi məsuliyyətli postda fəaliyyətiniz ölkənin gələcək iqtisadi gücünü və  beynəlxalq nüfuzunu təmin edəcək. 

Lukaşenko həmçinin, prezident İlham Əliyevə möhkəm can sağlığı, xoşbəxtlik, tükənməz enerji və nəzərdə tutduğu planların reallaşmasında uğurlar arzulayıb.