Makron ABŞ-a səfər edəcək

makron-abs-a-sefer-edecek
Oxunma sayı: 777

Fransa prezidenti Emmanuel Makron aprel ayının 24-ü Vaşinqtona dövlət səfəri edəcək.

“Qafqazinfo” “İnterfax”a istinadən xəbər veri ki, bunu Ağ Evin mətbuat katibi Sara Sandes bildirib.

“ABŞ prezidenti və xanımı aprelin 24-ü Ağ Evdə Fransa prezidenti Emmanuel Makronu və xanımını qəbul edəcəklər. Bu səfər Amerika və Fransa arasında iqtisadi və qlobal məsələlər üzrə əməkdaşlığın, dostluğun möhkəmləndirilməsinə kömək edəcək”,-deyə S. Sanders jurnalistlərə söyləyib.