Maltada korrupsiyadan yazan jurnalistin maşını partladıldı

maltada-korrupsiyadan-yazan-jurnalistin-masini-partladildi
Oxunma sayı: 1611

Maltada jurnalist Dafne Karuana Qalitsiyanın olduğu avtomobil partladılıb.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Cozef Muskat bildirib.

53 yaşlı Dafne Karuana yalnız jurnalist deyil, həm də  bloqqer olub. Korrupsiya ilə bağlı tədqiqatla məşğul olan qadın məqalələrində hökumət üzvlərini tənqid edib, onları korrupsiyada ittiham edib. 

Qeyd olunur ki, Dafne Karuana iki həftə öncə polisə şikayət edərək ünvanına təhdid dolu mesajlar gəldiyini bildirib.