Maradona Meksika klubunun baş məşqçisi ola bilər

maradona-meksika-klubunun-bas-mesqcisi-ola-biler
Oxunma sayı: 1785

Argentina millisinin əfsanəsi Dieqo Maradona Brest “Dinamo”sunun idarə heyətinin sədri vəzifəsindən getməyə hazırlaşır.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, Meksikanın “Dorados de Sinaloa” klubuna rəhbərlik edəcək. Bu barədə jurnalist Martin Arevalo məlumat verib:

"Ümid edirəm, Maradona bu işi alacaq. Sabah biz onun “Dorados de Sinaloa”ya rəhbərlik etməsinin şahidi ola bilərik. Bu isə Maradonanın yenidən baş məşqçisi olması üçün yaxşı fürsətdir”.