Maradona Səddam Hüseynin vətənində

maradona-seddam-huseynin-veteninde
Oxunma sayı: 649

“Qafqazinfo” xəbər verir ki, argentinalının yeni komandası İraq yığması olacaq. İraq Futbol Federasiyası bu cür təkliflə Maradonaya müraciət edib və o da bu təklifə razılıq verib. Federasiya Maradonanın qarşısına İraqı 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına çıxarmaq tapşırığı qoyub.

Xatırladaq ki, İraq millisi buna qədər yalnız 1 dəfə 1986 cı ildə Meksikada təşkil olunan dünya çempionatına qatıla bilib. Yığmanın əldə etdiyi ən böyük uğur isə 2007 –ci ildə Asiya kubokunu başı üzərinə qaldırmaq olub.

İqbal