“Maşın” realiti-şounun finala bir gün qalmış yayımlanan növbəti buraxılışında aparıcı Ranar Musayev SMS səsverməsinə çıxarılıb.
“Qafqazinfo”nun məlumatına görə, aparıcı dostluq əlaqəsi olduğuna görə hədəfləri arasında müğənni Səmra Rəhimlinin olmadığını bildirib. O, nəticələr bəlli olandan sonra hədəfini açıqlayacağını vurğulayıb.
Sonda 79,74 faiz səs toplayan Ranar aktyor Sərxan Kərəmoğlunu şoudan kənarlaşdırıb.
Beləliklə, finalda Ranar Musayev, Səmra Rəhimli və Xəyalə Quliyeva mübarizə aparacaq.

Son xəbərlər
Son Xəbərlər