“MasterChef”dən qovulan Murad saxlanıldı

masterchefden-qovulan-murad-saxlanildi
Oxunma sayı: 2147

Tutuquşuya etdiyi işgəncəni videoya çəkərək instaqramda paylaşan, TV 8-in “MasterChef” yarışmasından qovulan Murad Özdəmir polis tərəfindən saxlanılıb, İstanbul Baş Prokurorluğuna gətirilib. 

“Qafqazinfo” xəbər verir ki, o, polisə ifadəsində spirtli içkinin təsiri ilə belə addım atdığını qeyd edib: “Yarışmadan haqsız yerə qovuldum. Daha sonra özümə gələ bilmdəm. Dünən spirtli içkinin təsirindən nə etdiyimi bilməmişəm”.  

Özdəmir ifadəsindən sonra sərbəst buraxılsa da, aşpazla bağlı qərar dəyişdirilib və o, yenidən polis şöbəsinə çağırılıb. Buna səbəb onun “Narkotik”, “Mülkə zərər vermək”, “Ailədə şiddət” kimi məsələlərdə ittiham edilməsidir.