Məhkəmələrin saytları necə işləyir?

mehkemelerin-saytlari-nece-isleyir
Oxunma sayı: 634

“Qafqazinfo” xəbər verir ki, qurum bu gün (20 dekabr) monitorinqin nəticələri əsasında hazırladığı “Məhkəmələrin ONLAYN ŞƏFFAFLIQ Hesabatı”nı açıqlayıb.

Hesabatın müəlliflərindən Xalid Ağaliyev bildirib ki, araşdırma çərçivəsində Azərbaycan Respublikasının məhkəmə sistemini təşkil edən 110 məhkəmənin internet resursu monitorinq edilib və monitorinqin bir neçə mərhələdə aparılıb.

X.Ağaliyev bildirib ki, monitorinq zamanı istifadə olunan parametrlər yerli qanunvericilik və beynəlxalq praktika, o cümlədən, Rusiya, Türkiyə və Litva təcrübəsi öyrənilərək tərtib olunub: “İlkin mərhələdə saytlara daxil edilməli olan 300-dək informasiya növü müəyyən edilib. Sonrakı mərhələdə həmin bilgilərin içindən açıqlanması mübahisə doğurmayan 77 informasiya növü seçilib. Monitorinq zamanı məhz həmin 77 növ informasiyanın saytlara daxil edilib-edilmədiyi araşdırılıb. Həmin informasiyalar “Məhkəmə heyəti haqqında bilgilər”, “Məhkəmə strukturu, aparatı, hakim olmayan heyət bilgiləri”, “İnformasiya xidməti”, “Hesabatlılıq”, “Vətəndaşların hüquq və azadlıqlarının, qanuni maraqlarının qorunması ilə bağlı izahedici bilgilər” bölümləri üzrə təsnifləndirilib”.

“Məhkəmələrin ONLAYN ŞƏFFAFLIQ Hesabatı”na görə, məhkəmələr içərisində ən şəffafı Şəki Appelyasiya Məhkəməsi (36,43%), Bakı Apellyasiya Məhkəməsi (36,08%), Sumqayıt Appelyasiya Məhkəməsi (26,02%), Ali Məhkəmə (35,97%) və Konstitusiya Məhkəməsidir (35,65%). Siyahıda sonuncu yerləri isə Naxçıvan Ali Məhkəməsi, Cəbrayıl rayon Məhkəməsi və Naxçıvan Ağır Cinayətlər Məhkəməsi tutur.
Gülnar