Məhkəməlik olan banklar - - Siyahı

mehkemelik-olan-banklar-
Oxunma sayı: 1855

Femida.az Hüquq İnformasiya Portalı məhkəmə mübahisələri aparan bankların reytinq cədvəlinin təqdimatını davam etdirir.

Bu həftə (3-7 iyun) üçün ümimilkdə məhkəmə mübahisələrinin istiqaməti əsasən belə olub: bankın müştəriyə qarşı kredit borcu və faizlərinin ödənilməsi iddiası, borcun girov predmetinə yönəldilməsi iddiası, kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun ödənilməsi iddiası, evdən çıxarılma iddiası, müştərinin banka qarşı kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi iddiası, sabiq əməkdaşın banka qarşı işə bərpa barədə iddiası və s.

Bu həftə məhkəmə mübahisələri yaşayan bankların siyahısına “Kapital Bank” ASC başçılıq edib: 9 məhkəmə prosesi (ötən həftə bu rəqəm 5 olub).

Növbəti yerdə kemçən həftə siyahıda birinci olmuş  “Bank Texnik” ASC (keçmiş “Texnikabank” ASC)  durur: 8 məhkəmə prosesi (ötən həftə də bu rəqəm 8 olub).

 “Uni” brendi altında fəaliyyət göstərən qurumlar bu həftə üçün məhkəmə prosesi sayına görə “Bank Texnik” ASC ilə ikinci sıranı bölüşürlər (həftə ərzində “Unibank” KB ASC-nin 5, “Unileasing” QSC-nin isə 3 məhkəmə prosesi var. “Unileasing” QSC-nin səhmlərinin 66,67%-i “Unibank” KB ASC-nindir).

Beləliklə, bu həftə müddətində (3-7 iyun) məhkəmədə tərəf olaraq iştirak etmiş və edəcək bankların siyahısı belədir:

“Kapital Bank” ASC – 9

 “Bank Texnik” ASC – 8 məhkəmə prosesi (3 dəfə “Texnikabank”, 5 dəfə “Bank Technique” brendi ilə)

 “Unibank” Kommersiya Bankı ASC – 6

“Nikoyl” İKB – 6

“Royalbank” ASC – 6 (2 dəfə “Royalbank” ASC, 4 dəfə “Royal Bank” ASC-nin ləğvedicisi Azerbaijan İnternational Consalting Company” MMC)

“AG Bank” ASC – 6

 “Dəmir Bank” – 5

“Zaminbank” ASC – 5

 “Azərbaycan Beynəlxalq Bankı” ASC – 4

“Access Bank” QSC – 4

 “Azərbaycan Sənaye Bankı” ASC  - 2

“Rabitəbank” ASC – 2

 “Expressbank” ASC – 2 

 “Parabank” ASC – 2

“Bank of Baku” ASC – 2

”Muğanbank” ASC – 2

“Yunayted Kredit Bank” ASC – 2

 “Amrahbank” ASC – 1

 “Bank of Azerbaycan” ASC – 1

“Bank Melli İran” – 1

“Bank Standart” KB QSC – 1

“Dekabank” KB ASC – 1

“Turanbank” ASC – 1

“Gəncəbank” SKB – 1

“Xalq Bank” ASC – 1

Qeyd edək ki, reytinq cədvəli Azərbaycan Respublikasının yuxarı məhkəmə instansiyalarının məlumatları əsasında hazırlanır.

Həftə ərzində məhkəmə prosesləri olmayan banklar siyahıya daxil edilmir.