Meksika ilə Azərbaycan arasında heykəl - qarşıdurması

meksika-ile-azerbaycan-arasinda-heykel-qarsidurmasi
Oxunma sayı: 968

Bunu SalamNews-a Heydər Əliyevin Meksika paytaxtında ucaldılmış abidəsinin götürülməsi haqda şəhər meriyası nəzdində yaradılmış komissiyanın qərarına münasibət bildirirkən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Bildirək ki, Mexiko şəhər hökumətinin ekspertlər qrupunun gəldiyi nəticəyə görə, Heydər Əliyevin buradakı heykəli götürülməlidir. Lakin komissiyanın rəyi siyasi qərar olmayıb, tövsiyyə xarakteri daşıyır.

E.Abdullayev söyləyib ki, Heydər Əliyev Azərbaycan-Meksika münasibətlərinin, iki ölkənin xaqlarının yaxınlaşmasının təməlini qoyan şəxsdir. O, ilk dəfə 1982-ci ildə Meksikaya səfər edib. O vaxtdan bəri iki xalqlar arasında dostluq münasibətləri yaranmağa başlayıb. Bu gün ulu öndərin abidəsinin yerləşdiyi park Meksika-Azərbaycan dostluq parkı adlanır. Digər tərəfdən orada Xocalı soyqırımı abidəsi yerləşir. Ona görə də ikitərəfli münasibətlər baxımından bu abidələrin rolu olduqca böyükdür.

Onun fikrincə, hər iki abidənin qoyulması Mexikonun şəhər hökumətinin tam razılığı ilə həyata keçirilib. Hətta abidələrin açılışında şəhərin meri və meriyanın nazirləri iştirak ediblər. Xocalı soyqırımı isə Meksika Senatı tərəfindən tanınıb. Yəni Meksika xalqının iradəsini ifadə edən qanunverici orqanı da Xocalı soyqırımını rəsmi olaraq tanıyıb.

XİN rəsmisi vurğulayıb ki, ümumiyyətlə, dünyada Xocalı soyqırımının tanınması kampaniyası geniş vüsət alıb. Bu məqamlar erməni diasporunu çox ciddi şəkildə narahat edir və Azərbaycanın monument və abidələrinə qarşı "müharibə" elan edib.

O deyib: "Bu məsələnin arxasında ermənilərin Meksika və ABŞ-dakı diasporu dayanır və onlar bununla bağlı bir sıra şəxslərə təzyiqlər edirlər. Bu məqsədlə çirkli kampaniyalar həyata keçirir, mətbuat orqanlarına sifarişli məqalələr yazıdırb, TV-də süjetlər hazırlatdırırlar, siyasi şəxslərə təzyiqlər edirlər. Yaradılmış o komissiya da erməni diasporunun təzyiqi altındadır".

Xatırladaq ki, Heydər Əliyevin Meksika paytaxtında heykəli ucaldılandan bəri bir qrup şəxs heykəl ətrafında etirazlara başlayıb. Heykəlin götürülməsini tələb edən qrupun əsas arqumenti Heydər Əliyevin şəxsiyyəti, onun kommunist və avtokrat lider olması idi. Etirazlar ona gətirib çıxarıb ki, şəhər bələdiyyəsi oktyabr ayında 3 nəfərdən ibarət xüsusi komissiya yaradıb. Bununla bağlı Meksikanın "La Razon" qəzetinə verdiyi müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri İlqar Muxtarov isə bildirib ki, əgər Heydər Əliyevin heykəli yerindən götürülsə, Azərbaycan Meksika ilə diplomatik əlaqələrini kəsəcək, bu ölkədəki səfirliyini bağlayacaq, Meksika iqtisadiyyatına qoymağı planlaşdırdığı 4 milyard dollarlıq investisiyanı geri çəkəcək.