Braziliya Futbol Federasiyası “Santos”un hücumçu Neymarın sağalmasında yaxşı irəliləyiş olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda federasiya “X” sosial media platformasında dərc olunub.
“Bazar ertəsi Neymar MRT-dən keçib və analizlər onun sağalmasında yaxşı irəliləyiş göstərib. O, Braziliya milli futbol komandasının həkim komissiyasının müəyyən etdiyi plana əməl edəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, Neymar “Santos”un “Kuritiba”ya 3:0 hesabı ilə uduzduğu matçda zədə alıb.
Son xəbərlər
Son Xəbərlər