Meksikada neft borusu partlayıb, ölənlər var - Video

meksikada-neft-borusu-partlayib-olenler-var
Oxunma sayı: 716

Meksikanın İdalqo ştatında neft boru kəmərinin partlaması ölümlə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ştatın qubernatoru Omar Fayad tvitter hesabında məlumat yayıb. Hadisənin Tlauelilpan şəhərində baş verdiyini qeyd edən qubernator 21 nəfərin öldüyünü, 71 nəfərin xəsarət aldığını bildirib. Məlumata görə, neft borusunda sızma yaranıb və azı 350 yerli sakin yanacaq yığmaq üçün əraziyə toplaşıb. Partlayış bu zaman baş verib.

Meksika prezidenti Andres Manuel Lopes Obrador yaralananlara yardım ediləcəyini, güclü yanıq xəsarəti alanların Mexikoda xəstəxanaya aparılacağını bildirib.

Aysel Kərimova