Meksikada “Xocalıya Ədalət”

meksikada-xocaliya-edalet-
Oxunma sayı: 649

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən senator Xose Antonio Badia bildirib ki, Xocalıda baş vermiş hadisələr insanlıq sivilizasiyasının ən qara səhifələrindən biridir və bu dəhşətli hadisələr Azərbaycan xalqına qarşı təcavüz nəticəsində baş verib.

Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Markos Peres isə çıxışında qeyd edib ki, Meksika, öz növbəsində, xalqlar arasında sülh və dostluq münasibətləri, insan hüquqları, beynəlxalq hüququn norma və prinsipləri kimi ümumbəşəri dəyərlərə sadiq olduğu üçün Xocalı faciəsinə laqeyd qalmayıb və 2011-ci ildə Meksika Konqresində müvafiq qətnamə qəbul edilib.

Daha sonra çıxış edən səfir İlqar Muxtarov bildirib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində baş verib. Səfir bildirib ki, Ermənistan hökuməti “dənizdən dənizə böyük Ermənistan” yaratmaq barədə təcavüzkar və uydurma ideyalarına əsasən, keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə 1988-ci ildən etibarən ölkəmizə qarşı ərazi iddiaları irəli sürüb və Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal edilməsinə başlayıb.