Məmmədyarov Çində səfərdədir

memmedyarov-cinde-seferdedir
Oxunma sayı: 818

Xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun18-20 sentyabr 2018-ci il tarixində Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək illik toplantısında iştirak etmək üçün Çinə işgüzar səfərdədir. 

XİN-dən "Qafqazinfo"ya verilən məlumata görənazir Elmar Məmmədyarov "Avrasiyada inklusiv rəqəmsal inkişaf" adlı paneldə çıxış edərək inklusiv və davamlı inkişaf baxımdan ölkəmizin əldə etdiyi nailiyyətləri və təcrübəsi barədə danışacaq.

Səfər əsnasında həmçinin, nazirin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.