Bu barədə “Qafqazinfo”ya açıqlama verən Nazim bildirib ki, hər təzə çıxan ifaçıya ilin müğənnisi adı verilər: “Azərbaycana belə mükafatlandırmaların olması yaxşıdır. Mən çox alqışlayıram belə mərasimlərin keçirilməsinə. Amma təəssüf ki, belə mərasimlər azdır bir az çoxalsa yaxşı olar. Pis olan bir şey var ki, dünən sənətə gələn ifaçılara ilin müğənnisi, klipi və sair adı verilir. Bu məlumdur ki, pulla alınıb. Baxırsa bu insan heç bir iş görməyib dünən gəlib ad alır. Mən neçə ildir oxuyuram, heç elə adlar almamışam. Mənim mahnılarım var ki, telekanllarda gedən kliplər sırasında onluqda birinci olub, heç onlara ad verməyiblər”.
Nazim onu da söyləyib ki, dəfələrlə ona zəng olunaraq pulla “nominasia” təkilif olunub: “Mənə dəfələrlə bu mükafatlandırma mərasimlərinin təşkil edənlər tərəfindən zəng gəlib ki, 2000 manat ver sənə ilin müğənnisi adı verək, nə bilim başqa ad verək. Mən isə demişəm “yox mənə pulla ad lazım deyil””.
Aynur Babayeva
Son xəbərlər
Son Xəbərlər