Məşhur əkiz qardaşlar Azərbaycana gəlir

meshur-ekiz-qardaslar-azerbaycana-gelir
Oxunma sayı: 655

Apasport.az saytına məlumatına görə, əkiz qardaşlar Şota və Arçil mayın 1-də mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan və Avropanın veteran futbolçuları arasında keçiriləcək beynəlxalq yoldaşlıq görüşündə iştirak edəcəklər.

“Qafqazinfo” xəbər verir ki,bu haqda “apasport”a Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov məlumat verib. O, Gürcüstan yığmasının sabiq futbolçularının AFFA-nın dəvətini qəbul etdiklərini bildirib: “Arveladze qardaşları həmin matçda oynamağa razılıqlarını veriblər. Bununla da, gürcüstanlı veteranların sayı 5-ə çatıb. Bildiyiniz kimi, bunadək Aleksandr Çivadze, Murtaz Xurtsilava, Tengiz Sulakveridzenin gələcəyi dəqiqləşib. Ancaq Fransadan Jan-Pyer Papen müəyyən səbəbdən gələ bilməyəcək. Türkiyədən Rüştü Rəcbərlə Hakan Şükür gəlməyə razılıq veriblər. Bülənt Korkmazın məsələsi isə hələ açıq qalıb. O, baş məşqçisi olduğu komandanı oyuna hazırlaşdırdığından, dəqiq cavab verməyib”.

Qeyd edək ki, Arveladze qardaşları “Trabzonspor”da birgə oynadıqları vaxtda məşhurlaşıblar. Ötən yay Bakıda dünya çempionatının püşkatmasına gələn Şota 2010-cu ildə futbolçu karyerasını bitirdikdən sonra Superliqada əvvəl “Kayserispor”da, indi “Kasımpaşa”da baş məşqçi işləyir. Arçil futboldan kənarda olduğu bir vaxtda, onların böyük qardaşı Revaz Arveladze Gürcüstan Futbol Federasiyasının baş katibidir.