Məşhur telekanalın qurucusu öldü

meshur-telekanalin-qurucusu-oldu
Oxunma sayı: 650

“Fox News” telekanalının qurucusu Rocer Eyls dünyasını dəyişib.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, o, 78 yaşında ABŞ-da vəfat edib.

Rocerin həyat yoldaşı Elizabet Eyls ərinin öldüyü xəbərini təsdiqləyib. 

Eylsin hansı səbəbdən vəfat etdiyi hələ ki, məlum deyil.