Məşhur türk reperi Bakıda küsdürdülər - “Axı biz qardaşdıq...”

meshur-turk-reperi-bakida-kusdurduler
Oxunma sayı: 4489

Bu yaxınlarda ölkəmizdə səfərdə olan məşhur türk reper Sagopa Kajmer  (Yunus Özyavuz) sosial şəbəkədə Azərbaycan səfəri ilə bağlı gileyini dilə gətirib. 

“Qafqazinfo” xəbər verir ki, reper valyutadəyişmə məntəqəsində türk lirəsini manatla dəyişmək istəyib, ancaq buna nail ola bilməyib:

“Mənə “sizin pulunuz dəyərsizdir, bu səbəbdən türk lirəsini manatla əvəzləmirik” dedilər. Axı biz qardaşdıq? Artıq Azərbaycanda deyiləm. Bakıdakı dəyərli sevənlərimə sevgilərlə”.

Xeyli sayda azərbaycanlı tvitter istifadəçisi cavab yazaraq Bakıda Türkiyə valyutasının konvertasiyasının mümkünlüyü ilə bağlı reperi məlumatlandırıblar. 

Qeyd edək ki, rəsmi məzənnəyə əsasən, hazırda 1 türk lirəsi 0.3726 manatdır. 

Günel Hacı