“Meyiti tapılmırdı...”- - Cəmilə Kazanda yanan bacısından danışdı

meyiti-tapilmirdi-
Oxunma sayı: 4487


"Qafqazinfo" ATV.az-a istinadən xəbər verir ki, göz yaşları içərisində dərdini danışan ifaçı qeyd edib: "Bacım rəhmətə getmədi, şəhid oldu. Neçə gündür, Azərbaycana tabutlar gətirilir. Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində  çox azərbaycanlılar rəhmətə gedib, indi evlərində ağlaşmadı. Üç gündür bacımın meyiti tapılmırdı, sonra tabut tapılmadı ki, Azərbaycana gətirək. Tabut üçün Kazanda növbəyə dayanılıb, Sənəd işləri həll olunub, bu gün bacımın cənazəsi Bakıya gətiriləcək. İki övladı var idi, heç oğul toyu görmədi, heyif oldu bacım".

Qeyd edək ki, Tamilla Muxtarova 1961-ci il təvvəllüdlü olub.