Milli Məclisdə xüsusi iclas

milli-meclisde-xususi-iclas
Oxunma sayı: 1758

Milli Məclisin Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş xüsusi iclası öz işinə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, iclasda ilk olaraq spiker Oqtay Əsədov çıxış edib. 

Spiker qeyd edib ki, mərhum dövlət başçısı H. Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub-saxlanılıb. Onun sözlərinə görə,H. Əliyev həmişə ona bəslənən ümidləri doğruldub: “Azərbaycan onun dövründə inkişaf edib. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dili dövlət dili elan edildi. Onun rəhbərliyi dövründə minlərlə gənc xarici ölklələrə oxumağa göndərildi. Heydər Əliyev Azərbaycana qarşı düşmənçilik mövqeyində olanların qarşısında dayanırdı. 1990-cı illərin əvvəllərində hərc-mərclik ölkəni uçuruma aparırdı. Onun yenidən hakimyyətə qayıdışı ilə Azərbaycan dövləti xilas oldu, inkişaf yoluna qədəm qoydu”.

Spiker həmçinin xatırladıb ki, H. Əliyevin 1993-2003-cü illərdə gördüyü işlər hər kəsi heyrətə gətirir, çünki o ölkədə sabitliyi tam təmin etdi, xalq birliyinə nail oldu.

***

İclas zamanı deputat Siyavuş Novruzov qeyd edib ki, onun üçün Heydər Əliyev haqqında danışmaq ağırdır: “Bu günə qədər cismani cəhətdən bizim aramanızda olmasını qəbul edə bilmirəm. Bir var Heydər Əliyevi görənlər, bir var oxuyanlar, bir də var tanıyanlar. O, dövlət marağını bütün maraqlardan üstün tuturdu. Mən burada çıxış edənlərə təşəkkür edirəm. Kaş  bu çıxışlardan biri-ikisi 1990- ci illərdə Heydər Əliyevə lazım olan vaxtlarda ediləydi. Vaxtilə çörək verdikləri elə bu məclisdə onun üzünə durdular”.

Deputat Rafael Hüseynov qeyd edib ki, Heydər Əliyev Azərbaycanı bəlalardan xilas edib: “O, Azərbaycanın varlığı ilə öyünürdü. Onun qurduğu yol yarımçıq qalmadı, bu yol davam edir. Azərbaycanın 100 illik müstəqillik tarixində biz yalnız 29 ilini müstəqil yaşamışıq. Bunun iki ili AXC, 27 ili isə Ulu Öndər Heydər Əliyevin sayəsində mümkün oldu”. 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın ideoloji əsaslarını yaradıb: “Bu gün Heydər Əliyevin siyasəti etibarlı əllərdədir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müstəqil Azərbaycan adı yaşdıqca, Heydər Əliyev dühası Azərbaycanı işıqlandıracaq”.

Günel Türksoy