Miqrantlarla bağlı Trampdan sərt qərar - “Ordu hərəkətə keçsin”

miqrantlarla-bagli-trampdan-sert-qerar
Oxunma sayı: 1500

ABŞ prezidenti Donald Tramp Meksika sərhədindən Amerikaya axın edən miqrantlarla bağlı sərt bəyanat verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Tramp axının davamı gələrsə, orduya və sərhədçilərə hərəkətə keçməklə bağlı təlimat verdiyini bildirib:

“Sərhədçilərə və orduya həyəcan siqnalı verdim. Bu, milli fövqəladə vəziyyətdir. Honduras, Qvatemala və El-Salvadora edilən humanitar yardımlar da kəsiləcək”.