“Möhtəşəm yüz il”dən Ərdoğana sərt cavab

mohtesem-yuz-ilden-erdogana-sert-cavab
Oxunma sayı: 694

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən mövsüm “Möhtəşəm yüz il” serialında Validə Sultan obrazını canlandıran aktrisa Nəbahat Çəhrə baş nazir Rəcəb Təyyub Ərdoğanın serial haqqında ağır iradlarına cavab verib.

“Möhtəşəm yüz il”in xalq tərəfindən böyük maraqla izləndiyini bildirən Çəhrə hurrriyet.com.tr-ə belə bir açıqlama verib: “Bu, nəticədə tarixi hadisələrdən qaynaqlanaraq senariləşdirilən bir serialdır. Zatən əvvəlindən bunun bir təxəyyül məhsulu olduğu bildirilir. Məncə burada məqsəd gündəmi dəyişdirməkdir. Ölkədə bu qədər problem olduğu halda bunun niyə gündəmə gətirildiyini anlamıram”.

“Onda həqiqəti çəksinlər”-deyən akrtisa baş nazirə məsləhət verməkdən də çəkinməyib.

Nəbahat Çəhrə deyib: “Osmanlı dövrünü hər tarixçi özünə görə fərqli formada ortaya çıxarır. Lakin inkar edilməyən bir hərəm həqiqəti var. Əgər bu anladılanların həqiqəti əks etdirdiyini inanmırsa, əllərində çox böyük imkanlar var. Bildikləri kimi serial çəksinlər, biz də izləyək”.