Mübariz Qurbanlı həbsxanada olub - - Foto

mubariz-qurbanli-hebsxanada-olub-
Oxunma sayı: 1085


“Qafqazinfo” Pentensiar Xidmətin saytına istinadən xəbər verir ki, cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədi ilə tədbir keçirilib. 

Məhbuslarla növbəti görüş bu gün 6 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə təşkil olunub.

Məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin aparılması məqsədi ilə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı, ədliyyə nazirinin müavini, ədliyyə general-leytenantı Mədət Quliyev, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov iştirak ediblər.

Murad Əhməd