Müəllimlərin poçtu

muellimlerin-poctu
Oxunma sayı: 648

İKT İnformasiya Mərkəzindən Qafqazinfoya verilən məlumata görə, [email protected] elektron poçtu ilə müəllimlər Təhsil Nazirliyi, Microsoft Azərbaycan şirkəti və Mədəd Azərbaycan təşkilatının birgə fəaliyyəti sayəsində "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təchiz olunmaqdadırlar.

Layihə çərçivəsində müəllimlərin poçt ünvanları teacher.edu.az domeni adı altında açılıb. Elektron poçt ünvanları Microsoft Live@Edu texnoloji platformasının bazasında işləyir.

Microsoft Azərbaycan şirkətinin Təhsildə Əməkdaşlıq Proqramının meneceri Emin Axundovun sözlərinə görə, @teacher.edu.az elektron poçtu Dövlət Proqramı çərçivəsində təlimlərdən keçmiş, həmçinin "Elektron məktəb" layihəsinə qoşulmuş məktəblərin müəllimlərinə təqdim edilir.

Artıq bir sıra məktəblərdə bütün kollektiv @teacher.edu.az elektron poçt xidmətinə keçib.

Bu təşəbbüsün əsas məqsədi müəllimlərin İnternet vasitəsilə peşəkar informasiya mübadiləsini həyata keçirməkdir. Bununla bərabər təhsil işçilərinin rəsmi e-poçt ünvanları ilə təchizatı təhsil sistemində elektron idarəetmənin və sənəd dövriyyəsinin tətbiqinə zəmin yaradan amillərdən biridir.