Müğənni özünə qeyrətli sevgili istəyir

mugenni-ozune-qeyretli-sevgili-isteyir
Oxunma sayı: 671

Müğənni axşam.az saytının müxbirilə söhbətində repertuarına yeni meyxanalar daxil edəcəyini deyib:

“Cəmi bircə dəfə meyxana oxudum, o qədər bəyənildi ki. Bu, mənim şah əsərim oldu. Hansı məclisə gedirəm, pul göndərirlər ki, Səidə “Görəsən, dünyaya nöş gəlib”i oxu. Nizami Rəmzinin meyxana stilində olan daha bir yeni mahnısını hazırlayıram. 2013 mənim ilim olacaq” deyən Səidə yeni ildə özünə bağışlayacağı möhtəşəm hədiyyədən də danışdı:

“Bayramda özümə səviyyəli, yaraşıqlı, qeyrətli, kişi xasiyyətli bir sevgili hədiyyə etmək istəyirəm. Belə birini tapmaq çox çətindir. Amma az da olsa, belə oğlanlar var. Çox xoşbəxtəm ki, belə bir sevgili mənə də qismət olub. Gözəl bir münasibət yaşayıram”.