“Mülkiyyət hüququna açıq qəsd həyata keçirir”

mulkiyyet-huququna-aciq-qesd-heyata-kecirir
Oxunma sayı: 633

Bu fikirlər Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimlinin dünən gecə Sülh və Demokratiya institutunun direktoru Leyla Yunusun evinin sökülməsi faktına münasibət bildirərkən söyləyib. Hüquq müdafiəçisinin sözlərinə görə, parlamentin bir neçə il əvvəl mülki qanunvericiliyə etdiyi dəyişiklikdən sonra dövlət ehtiyacı adı altında vətəndaşların mülkiyyət hüquqlarına açıq qəsd həyata keçirilib: «Son bir neçə ildə məhkəmə qərarı olmadan minlərlə vətəndaşlara məxsus evlər və obyektlər qanunsuz olaraq, sökülərək, onların əlindən alınıb. Azərbaycanda mülkiyyət hüququna Konstitusiya, qanunlar və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalarla təminat verilməsinə baxmayaraq, vətəndaşların mülkiyyətindən məhrum edilməsi ənənə halını alıb».

Ölkədə mülkiyyət hüquqlarının pozulmasında birbaşa dövlətin məsuliyyət daşıdığını deyən P. Həşimli bildirir ki, yaxın gələcəkdə buna görə, Avropa İnsan Hüquqları Məhkəməsində buna görə, Azərbaycan hökumətinin cərimələnməsi ilə nəticələnən çoxsaylı qərarlar çıxarılacaq: «Mülkiyyət hüququnun pozulması ilə bağlı mindən artıq şikayət Avropa Məhkəməsinə gönədirilib».