Müsavat yarışa hazırlaşır

musavat-yarisa-hazirlasir
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, yığıncağın əvvəlində Qubad İbadoğlu Brüssel, Milan və Vaşinqton şəhərlərində qatıldığı beynəlxalq tədbirlər haqqında məlumat verib. Daha sonra İctimai Palatanın noyabrın 15-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirdiyi piket haqqında məlumat dinlənilib və fikir mübadiləsi aparılıb.

Gündəliyin partiyadaxili məsələlər bölümündə qurultaya hazırlığın gedişatı haqqında müzakirə aparılıb və müvafiq qərarlar qəbul olunub. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısının 28 noyabr 2011-ci il tarixində keçirilməsi haqqında razılığa gəlinib.

Noyabrın 25-də Apelyasiya məhkəməsində Arif Hacılı başda olmaqla bir qrup vicdan məhbusunun şikayətinə baxılacağı qeyd edilib, həmin prosesi diqqətdə saxlamaq tövsiyə olunub.

Divan tanınmış, ictimai-fəal ziyalılara qarşı təzyiqlərin davam etdirilməsinə etiraz edərək, bunun dərhal dayandırılmasını tələb edib.

Müsavat Partiyası həmçinin şahmat yarışları keçirəcək. Yarışlar bu ilin dekabr ayında Müsavat Partiyasının mərkəzi qərargahında “Müsavat-100” yubliyey tədbirləri çərçivəsində keçiriləcək. Yarışın dəqiq vaxtı iştirakçılar müəyyənləşdirildikdən sonra elan ediləcək.

Qeyd edək ki, yarışda iştirak etmək istəyənlər partiyanın Təşkilat Komitəsinə müraciət edə bilər.

Fatimə Kərimli