“Müxalifət seçkiyə buraxılmır...” - Putin Sobçaka söz verdi

muxalifet-seckiye-buraxilmir
Oxunma sayı: 2589

Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransına qatılan aparıcı Kseniya Sobçakın sualını cavablandırıb. “Qafqazinfo” xəbər verir ki, Putin konfransın əvvəlində Sobçaka işarə edərək “Mətbuat-konfransında bir çox qızlar qırmızı geyiniblər. Yəqin, istəyirlər ki, onları aydın görsünlər. Sobçak da, yeri gəlmişkən qırmızıdadır” sözlərini işlədib.

Aparıcı isə ampulasına uyğun olaraq konfransa “Hər kəsə qarşı” plakatı ilə qatılıb.İrəliləyən dəqiqələrdə Putin sual verməsi üçün Sobçaka söz verib. Aparıcı bildirib ki, konfransa jurnalist qismində qatılıb: "Çünki debatlara qatılmırsınız və bura sizə sual vermək üçün tək vasitədir".

Sobçak namizədliyini irəli sürməyi planlaşdırdığını xatırladaraq qeyd edib ki, ölkədə müxalifət seçki kampaniyalarına buraxılmır və ya problemlər yaradılır: “Ölkədə düşünürlər ki, müxalifətçisənsə ya öldürəcəklər, ya həbs edəcəklər, yaxud da bu ruhda başqa bir şey...”.

Putin isə cavabında bildirib ki, müxalifət aydın, anlaşıqlı pozitiv proqramla çıxış etməlidir: “Bax, siz “Hər kəsə qarşı” şüari ilə çıxış edirsiniz. Bu müsbət fəaliyyət proqramıdır? Bizim burada müzakirə etdiyimiz problemlərin həlli üçün nə təklif edirsiniz? Əgər müxalifətin proqramı yoxdursa və o, hakimiyyətə gələrsə, bu, Rusiyada "Maydan"a səbəb olacaq, küçələrdə isə "Saakaşvili" qaçacaq”.