Müxalifətdən DİN və FHN əməkdaşlarının maaşlarının artırılmasına reaksiya gəldi

muxalifetden-din-ve-fhn-emekdaslarinin-maaslarinin-artirilmasina-reaksiya-geldi-
Oxunma sayı: 643

İdarə heyəti dövlət başçısının DİN və FHN işçilərinin vəzifəyə və rütbəyə görə maaşlarının 30% artırılması haqda verdiyi sərəncamı müzakirə edərək bəyanat qəbul etmişdir. Bəyanatda deyilir: “KXCP ümumilikdə insanlarımızın həyat səviyyəsinin və sosial rifahının artmasını alqışlayır və dəstəkləyir, amma belə qərarlarım həmdə və ilk növbədə sosial durumu və həyat təminatı daha aşağı səviyyədə olan əhali qrupuna və çalışanlara da şamil edilməsinin vacibliyi barədə qəti fikirdədir. Pensiyaçılar, əlillik dərəcəsi olanlar, müəllimlər, həkimlər, mədəniyyət işçiləri və s. aşağı həddə əmək haqqı alanlar uzun müddətdir ki, öz zəhmətlərinə adekvat ləyaqətli həyat təminatı üçün öz növbələrini gözləyirlər. Nəyəsə görə bu təbəqədən olan çalışanlara artım cüzi 10-15 %-dən artıq olmur, bu da infliyasiya faizlərinin altında olan məbləğ olur. Son zamanlar Azərbaycan gerçəkliyində əmək haqlarının, müavinətlərin, təltif, fəxri ad və mükafatlandırmaların hər hansı bir obyektiv göstərici,meyar,ölçü vahidi, tarif stavkalarına və s. əsasən deyil, qeyri- müəyyən iradəvi və avtoritar üsullarla aparılması bir qayda halı olmuşdur. Belə hallar nə əmək qanunvericiliyinə, nə sosial və iqtisadi hüquqların beynəlxalq standartlarına uyğun deyil. Belə sosial və professional ayrı- seçkilik sosial ədalət və bərabərlik prinsiplərinə ziddir, cəmiyyətdə təbəqələşmə və qeyri-bərabərliyin artması, münaqişələr və narazılığın yaranması səbəb olur. KXCP Əmək haqları və müavinatlar müvafiq uyğun və bütün əhali kateqoriyasına aid, ümumi minimal əmək haqqından çıxış edərək, ən azı 80-100 % artırılmasına, ilk növbədə isə aşağı əmək haqqı və pensiyalara tətbiq olunmasını tələb edir”.