“Nar” korporativ tarif planlarını yeniləyərək daha sərfəli etdi

“Nar” korporativ tarif planlarını yeniləyərək daha sərfəli etdi
Oxunma sayı: 762

Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran “Nar” artıq daha sərfəli şərtlərlə əməkdaşlıq təklif edir. Belə ki, mobil operator biznes üçün nəzərdə tutulmuş tarif planlarının tərkibində olan bonusları artırıb. 

“Qafqazinfo” xəbər verir ki, şəbəkədaxili və şəbəkəxarici danışıq dəqiqələrinin, həmçinin beynəlxalq zənglərin həcmi tarifdən asılı olaraq 25%-dən 85%-dək artırılıb. Daha bir yenilik korporativ tarif planlarına şirkətdaxili limitsiz danışıq dəqiqələrinin əlavə edilməsidir. Sözügedən tariflər aylıq 8 AZN-dən başlayan abunə haqqı ilə təklif olunur. 

Korporativ tarif planlarına qoşulan abunəçilər istər səsli xidmətlər, istərsə də mobil internet üçün sərfəli tariflərdən yararlanmaqla yanaşı, 24/7 rejimində çalışan xüsusi müştəri xidmətlərindən və yüksəkkeyfiyyətli mobil şəbəkədən də istifadə edə biləcəklər.

Korporativ tərəfdaşlıq üçün 789 telefon nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər yararlana bilərlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi