“Natavan Aygünə görə mənlə atışdı…”

natavan-aygune-gore-menle-atisdi
Oxunma sayı: 3391

“Bizim Natavanla tanışlığımız illərə dayanır. Toyuna getmədim, dəvət olunmadım. Bizim onunla Aygün Kazımovaya görə söz atışmamız olub. O vaxtdan bəri aramızda inciklik olub. Aygün xanım məni doğum gününə əvət etmişdi. Natavan qayıdıb mənə demişdi ki, sən niyə onun ad gününə getmisən? Mənim ağlım var, qərarları özüm verirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ifaçı Kərim Abbasov “ATV maqazin onlarla” proqramının “Hit parad” rubrikasında qonaq olarkən deyib. 

O, həmkarı Natavan Həbibi ilə küsmə səbəbini açıqlayıb:

“Aygün Kazımova ilə Natavan küsülü ola bilər. Amma o demək deyil ki, hər iki tərəfin dostları bir-biri ilə dava etməlidir. Aygün və Natavan barışa bilər, biz ortada qalacağıq. Natavanın ürəyi kinlə dolub. Bu yaxınlarda oğlumun doğum günü oldu. Bütün sənətçi dostlarım iştirak etmişdi, bir-iki nəfərdən başqa. Bu yaxınlarda məlum oldu ki, Natavan onlara icazə verməyib. Gözəl müğənnisən, amma ürəyinin kinini kənara at. Bir də dilinin altına qənd qoy. O, zəhər dili adamı sancır”. 

Verilişdə təqdim olunan sujetdə həmin şəxsin Səidə Sultan olduğunu iddia edilib.