Nazir müavini İKT şirkətlərinin rəhbərləri ilə görüşdü

nazir-muavini-ikt-sirketlerinin-rehberleri-ile-gorusdu
Oxunma sayı: 644

Bu gün Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əməkdaşlarının Türkiyənin İKT şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib. Avropa otelində baş tutan tədbir rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun, İstanbul Ticarət Palatası və Türkiyə Telekommunikasiya Qurumunun baş direktoru Tayfun Acerin rəhbərliyi ilə keçirilib. Bildirilib ki, tədbirin keçirilməsində məqsəd hər iki ölkə arasında informasiya texnologiyaları sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, ayrı-ayrı şirkətlər arasında əməkdaşlıq perspektivlərinin müəyyən olunması olub.

İ. Məmmədovun sözlərinə görə, görüşdə Azərbaycan tərəfdən özəl və dövlət sektorundan 30-a yaxın şirkətin 50-dək nümayəndəsi, Türkiyə tərəfdən isə 40-a yaxın şirkətin 50-dək mütəxəssisi iştirak edir.

T. Acer isə bildirib ki, bu görüşdən sonra hər iki ölkənin İKT şirkətləri arasında əlaqələr daha da genişlənəcək və görüşün nəticəsi kimi müvafiq razılaşmalar əldə olunacaq.

Nigar Məmmədli