Nazir müavini yeni bölmənin açılışında - Fotolar

nazir-muavini-yeni-bolmenin-acilisinda
Oxunma sayı: 4504

Bu gün Fövqəladə Hallar Nazirliyinin Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 5 nömrəli Yanğından Mühafizə Bölməsinin açılışı olub.

"Qafqazinfo" xəbər verir ki, bölmənin açılış mərasimində fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak edib.

Nazir müavini yüksək standartlara cavab verən müasir texnika və avadanlıqlarla təchiz olunmuş binanın açılışını bildirən rəmzi qırmızı lenti kəsib, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkilləri olan stend, dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub. O, şəxsi heyəti yeni bölmənin açılışı münasibətilə təbrik edərək uğurlar arzulayıb, həmçinin müvafiq tapşırıq və tövsiyələrini verib.

E. Mirzəyev qeyd edib ki, Binəqədi rayonunun Xocahəsən qəsəbəsində yeni bölmənin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi, yanğınsöndürmə və xilasetmə tədbirlərinin operativ həyata keçirilməsi işini asanlaşdıracaq.