Nazir Parisə gedir

nazir-parise-gedir
Oxunma sayı: 645

“Qafqazinfo”nun Gənclər və İdman Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, 14 noyabr 2011-ci il tarixində Fransanın Paris şəhərində YUNESKO-nun əsas iqamətgahında Beynəlxalq Konvensiya tərəfdaşlarının 3-cü sessiyasının Konfransına start verilir.

Azərbaycanı bu Konfransda YUNESKO-nun baş direktoru İrina Bokovanın rəsmi dəvəti ilə Gənclər və İdman naziri Azad Rəhimov təmsil edir.

Konfransda 2-ci Sessiyanın yekun Hesabatının qəbulu, Dünya Anti- Dopinq Agentliyinin məruzəsi, İdmanda Dopinq əleyhinə Beynəlxalq Konvesiyanın monitorinqi, Dopinqin İdmandan kənarlaşdırılması Fondunun məruzəsi və digər məsələlərin müzakirə və həlli nəzərdə tutulub.