Nazir sərgidə olub - Foto

nazir-sergide-olub-foto
Oxunma sayı: 629

Nazirliyin Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, açılış mərasimində Belarus Respublikasının baş nazirinin müavini Anatoliy Kalinin, İnformatizasiya və rabitə naziri Nikolay Panteley, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, eləcə də, digər rəsmi şəxslər çıxış ediblər.

“TİBO-2013” sərgi və forumunun təşkilatçıları tərəfindən təltif olunmuş xatirə medalı Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova təqdim olunub. Çıxışlardan sonra ali qonaqlar VİP-tur çərçivəsində Azərbaycanın stendinə baş çəkib və ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlərlə yaxından tanış olublar.

Sonra Belarusun baş nazirinin müavini Mixail Myasnikoviç Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib. Bundan başqa, səfər çərçivəsində Azərbaycan prezidenti cənab İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaya əsasən ikinci Belarus - Azərbaycan İKT Forumu keçirilib.

Bu forum ölkələr arasında İKT sahəsində əməkdaşlıq imkanlarının müzakirə edilməsi, təcrübələrin bölüşdürülməsi, həmçinin gələcək imkanlar üçün əsaslı şəraitin yaradılması məqsədi daşıyır.

Forumda hər iki ölkə arasında İKT sahəsində qarşılıqlı əməkdaşlığa dair sənədlər imzalanıb, eyni zamanda gələcək perspektivlər müzakirə olunub.