Nazirə sualınız var?

nazire-sualiniz-var
Oxunma sayı: 648

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 30-da, saat 1230-da  Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı nömrəli telefonlara zəng etmələri xahiş olunur:


Quba rayonunda                   023 335 50 50

Qusar rayonunda                  023 385 31 57

Xaçmaz  rayonunda              023 325 22 18

Şabran rayonunda                 023 353 20 04

Siyəzən  rayonunda               023 304 01 20

Xızı rayonunda                      023 315 01 00 .