Nazirlik yenə ağac kəsən şəxsi cərimələdi

nazirlik-yene-agac-kesen-sexsi-cerimeledi
Oxunma sayı: 637

16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib.

"Qafqazinfo"ya ETSN-dən daxil olan məlumata görə, reyd zamanı Xızı rayonu, Altıağac bələdiyyəsinin ərazisində qəsəbə sakini Nicat Novruzbəyov tərəfindən 1 ədəd yaş köküstə söyüd ağacının kəsilməsi faktı aşkar olunub. 

Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə N.Novruzbəyova inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.