Nazpərinin evindən oğurluq edənlərə hökm oxundu

nazperinin-evinden-ogurluq-edenlere-hokm-oxundu
Oxunma sayı: 1478

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Nazpəri Dostəliyevanın və digər şəxslərin evindən oğurluq etməkdə təqsirləndirilən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli, Cavid Əliyev və Natiq Fərəcova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə R.Verdiyev və C.Əliyevin hər biri 8 il, Y.Hüseynli 7 il, N.Fərəcov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

N.Dostəliyeva istintaqa ifadəsində deyib ki, evindən ümumilikdə 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min fund-sterlinq maddi ziyan dəyib: "İstintaq dövründə qızıllarım və pullarımın bir qismi qaytarıldı. Daha sonra təqsirləndirilən şəxslərin valideynləri tərəfindən yerdə qalan qızıl və pulum da ödənilib".

Murad Əhməd