Nəhəng aviaşirkət iflas etdi

neheng-aviasirket-iflas-etdi
Oxunma sayı: 1257

Almaniyanın “AirBerlin” hava yolu şirkəti 28 oktyabra qədər bütün uçuşlarını bitərəcəyini və fəaliyyətini dayandıracağını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın ən böyük 10 avişirkəti arasında olan “AirBerlin” maddi problemləri aradan qaldıra bilmədiyi üçün bu addımı atıb.

Məlumata görə, artıq “Luftansa” və “EasyJet” şirkətləri “AirBerlin”i tərkibinə qatmaq üçün danışıqlara başlayıb.

“Luftansa”nın iflas edən şirkətin daxilində olan Avstriyadakı “Niki” və Dortmunddakı “Walter” hava yolu şirkətlərini, həmçinin, “Air Berlin”in 1300 işçisini və 20 təyyarəsini təhvil alacağı bildirilir.