Nemət Pənahlıya iş verildi

nemet-penahliya-is-verildi-
Oxunma sayı: 652

Yanvarın 8-də tutulan Nemət Pənahlı və Ceyhun Fərzullayev silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham edilirdilər. İttihamın əsasında vətəndaş Eldəniz Rzayevin şikayəti dayanır. Şikayətə görə, Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 7-də Bakının Mirəli Qaşqay küçəsində Eldəniz Rzayevi döyüb, ona yumruq və metal əşya ilə zərbə endiriblər.

Bugünkü prosesdə qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı Ceyhun Fərzullyevin üzərindən götürülb.