NIKOIL | Bank təcrübə proqramını həyata keçirir

nikoil-bank-tecrube-proqramini-heyata-kecirir
Oxunma sayı: 1017

2017-ci ilin aprel ayından başlayaraq NIKOIL | Bank ali məktəbi yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadların cəlb edilməsi üçün təcrübə proqramının həyata keçirilməsinə başlayıb. Bu dövr ərzində təcrübə proqramını 58 nəfər uğurla keçmiş, onlardan 26-ı artıq daimi işlə təmin olunub. 

“Qafqazinfo” xəbər verir ki, proqram zamanı həmin gənclər müxtəlif şöbələrdə təcrübə keçmiş və beləliklə NIKOIL | Bank komandasının bir üzvünə çevrilmişdi. Onlara iş təcrübəsi ilə yanaşı, yeni bilik və bacarıqlara yiyələndikləri korporativ bank mühitində işləmək imkanı təqdim olunmuşdu. NIKOIL | Bankın bütün komandası gənc kadrların inkişafında fəal iştirak edir və onlara hərtərəfli dəstək verir.  

Təcrübə proqramı hazırda davam edir və NIKOIL | Bank təcrübə qazanmaq istəyən istedadlı gəncləri növbəti seçimlərdə iştirak etməyə dəvət edirik. Bütün maraqlanan şəxslər məktubun mövzu hissəsində “Təcrübə proqramı” qeyd etməklə [email protected] elektron poçt ünvanına tərcümeyi-hallarını göndərməlidir.