Nuranın transparan geyimi müzakirə olundu

nuranin-transparan-geyimi-muzakire-olundu
Oxunma sayı: 3618

Müğənni Nura Suri bu dəfə geyimi ilə gündəmə gəlib.  “Qafqazinfo” xəbər verir ki, 42 yaşlı ifaçı sosial şəbəkədə transparan libasda şəklini paylaşıb. 

Müğənni fotoya heç bir şərh bildirməyib. Lakin həmin paylaşım izləyicilər arasında müzakirələrə səbəb olub. 

Nura “facebook”dan fərqli olaraq instaqram səhifəsində rəy bölməsini deaktiv edib.