“O, yaddaşlarda əbədi qalacaq” - Çingiz Abdullayev+Video

o-yaddaslarda-ebedi-qalacaq
Oxunma sayı: 1738

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər "Neftçi" komandasının heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclü futbolçularından hesab edilən Anatoli Banişevskinin doğum günündən 72 il ötür.

“Qafqazinfo” xəbər verir ki, anadan olmasının 72-ci ildönümündə AFFA-nın və "Neftçi" Peşəkar Futbol Klubunun rəhbərliyi, veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri Banişevskinin məzarını ziyarət edib, gül dəstələri qoyublar.

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev də Banişevski haqqında fikirlərini bölüşüb: "Banişevski Azərbaycan futbolunda tarix yazıb. O, yaddaşlarda əbədi qalacaq".