Öldüyü deyilən uşaq morqda dirildi

olduyu-deyilen-usaq-morqda-dirildi
Oxunma sayı: 7175

İranda öldüyü deyilən uşaq morqda dirilib.

“Qafqazinfo” “İRNA”ya istinadən xəbər verir ki, hadisə Urmiya şəhərində yaşanıb. Həkimlərin ölüm diaqnozu qoyduğu 6 aylıq körpə morqa göndərilib. Ancaq meyit yuyularkən uşağın əslində yaşadığı üzə çıxıb.

Cənazə xidmətləri rəhbəri Əmir Abbas Abidini baş verənlər qarşısında ailənin şokda olduğunu bildirib.