Ən çox istifadə edilən emojilər açıqlanıb.
“Qafqazinfo” “Google”un paylaşdığı məlumatlara istinadən xəbər verir ki, gözlərindən yaş axaraq ağlayan üz emojisi hazırda dünyada ən çox istifadə edilən simvoldur.
Bildirilir ki, istifadəçilər bu emojini çox vaxt onun ilkin mənasından tamamilə fərqli məqsədlə işlədirlər.
Əvvəllər gülüş və sevinc ifadə etmək üçün geniş istifadə olunan klassik gülümsəyən üz emojilərinin populyarlığı xüsusilə gənclər arasında azalıb. 30 yaşdan aşağı istifadəçilər bu simvolların əvəzinə kəllə emojisindən daha çox istifadə edirlər.
Gözlərindən yaş axan üz emojisi, əslində, kədər, ağrı və hüznü ifadə etmək üçün yaradılıb. Lakin sosial mediada onun mənası dəyişib.
İstifadəçilər bu emojidən çox gülməli vəziyyətlərə reaksiya vermək, təəccüb və ya absurd bir hadisə qarşısında şişirdilmiş emosiyanı göstərmək üçün istifadə edirlər. Başqa sözlə, emoji bəzən “gülməkdən gözüm yaşardı” mənasını verir.
2026-cı ildə gənclər daha fərqli və qeyri-adi simvollara üstünlük verirlər. Məsələn, solmuş gül emojisi qırıq ürəyin, dua edən əllər isə bəzi ənənəvi reaksiyaların yerini alır.
Diqqətçəkən dəyişikliklərdən biri də Moai heykəli emojisinin populyarlığının kəskin artmasıdır. 2021-ci ildə istifadə tezliyinə görə 482-ci yerdə olan bu simvol hazırda 33-cü pilləyə yüksəlib.
Bundan başqa, gözlərinin altında torbalar olan üz emojisi stress və yorğunluğu, gözləri çölə çevrilmiş təəccüblü üz isə narahatlıq, utanc və heyrəti ifadə etmək üçün geniş istifadə olunur.
Son xəbərlər
Son Xəbərlər