Onu belə görməmisiz - Fotolar

onu-bele-gormemisiz
Oxunma sayı: 661

Azərbaycanlı müğənni Rahidə Baxışova yaradıcılıq işlərindən danışıb. 

"Qafqazinfo"nun məlumatına görə, ifaçı bildirib ki, türkiyəli müğənni Səlami Şahinin “Mümkün deyil” mahnısını fərqli formada oxuyub: “Yaradıcılığımda yeniliyim çoxdur. Bir çox yeni mahnılar yazdırmışam. Sadəcə hələ onları mediaya təqdim etmək istəmirəm. Hər bir mahnının öz zamanı var. Klip də çəkdirmək istəyirəm. Bu ekran işini reallaşdırandan sonra övladlarımla birgə istirahətə yollanacam”.

R.Baxışova bildirib ki, yay mövsümünə uyğun fotosessiya da həyata keçirib:

“Bu ideyanı mənə Nərmin xanım mənə təklif etdi, razılaşdım. Yay fəslini çox sevdiyim üçün belə bir fotoserssiya etdirdim. Fotolarda daha çox gilasdan istifadə olunub. Bu da əbəs yerə deyil, çünki bu meyvəni daha çox sevirəm. İlk dəfədir ki, tamaşaçılar məni belə görür. Yəni bu ilkdir”.